ELM VƏ TƏHSİL


Peşə Təhsil Mərkəzinin tələbələri istehsalat təcrübəsinə başlayıblar

Bakı, 16 aprel, AZƏRTAC

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Bakı Mühəndislər Universitetinin texnoparkında istehsalat təcrübəsinə başlayıblar.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib k, tələbələr texnoparkın kompüter şəbəkəsi, alternativ enerji sistemi və laboratoriyaları ilə tanış olublar. Onlar üçün “Müasir səviyyədə proqramlaşdırma və proqram təminatının kompüterləşdirilmiş sistemlərdə rolu” mövzusunda ustad dərsi keçirilib. Tələbələrə kompüter və robot texnika ilə bağlı geniş məlumat verilib, onlara informasiya texnologiyaları sahəsi üzrə əldə etdikləri nəzəri bilikləri əyani olaraq tətbiq etmək imkanı yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.