ELM VƏ TƏHSİL


Peşə Təhsili üzrə Dövlət Agentliyi və “British Council” arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 2 avqust, AZƏRTAC

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp və “British Council” təşkilatının ölkə üzrə direktoru Nərgiz Hacıyeva ilə Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Agentliyin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov peşə təhsilində aparılan islahatlar, təhsilin əhatəsinin və keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. “British Council” ilə “Kənd təsərrüfatında yeni peşə ixtisaslarının hazırlanması”, “Məşğulluq üçün bacarıqlar proqramı” və “Sənətkarlığın gələcəyi” (Crafting Futures) layihələri çərçivəsindəki fəaliyyətlərin nəticəsi müzakirə olunub. Görüşdə, həmçinin növbəti illərdə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “British Council” arasında peşə təhsilinin məzmununun təkmilləşdirilməsi, usta yanında şagirdlik, texniki ingilis dilinin tədrisi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.