ELM VƏ TƏHSİL


Peşə məktəblərinə direktor müavinlərinin işə qəbulu üzrə elektron müraciətlərin qeydiyyatı başa çatır

Bakı, 21 aprel, AZƏRTAC

Bu gün peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə son müraciət günüdür. Müraciətlər 31 vakant yer üzrə qəbul olunur.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, aprelin 21-dək mövcud vakansiyalar üzrə 381 nəfərin bir və ya daha artıq yerə müraciət edildiyi təsdiqlənib. Onlardan 193-ü kişi, 188-i qadındır. Müraciət ünvanlayanlar arasında 358 nəfəri ali təhsilli, 23 nəfəri isə orta ixtisas təhsillidir.

Qeyd edək ki, tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə işə qəbul müsabiqəsi 3 mərhələdə aparılır.

Müraciətlər aprelin 14-dən 21-dək https://portal.edu.az/ portalı vasitəsilə həyata keçirilib.

Tələblərə cavab verən şəxslər test mərhələsinə dəvət alacaqlar. Test mərhələsində 90 dəqiqə ərzində 60 sual cavablandırılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunacaq. Qəbul namizəd tərəfindən təqdim edilən məlumatların müsabiqənin şərtlərinə uyğunluğu müsabiqə komissiyası tərəfindən yoxlanılıb təsdiqləndikdən sonra, test imtahanı və müsahibədə göstərdiyi nəticələrə əsasən həyata keçiriləcək.

Qeyd edək ki, elektron müraciət mərhələsi bu gün saat 18:00-da yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.