ELM VƏ TƏHSİL


“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik olunub

Bakı, 29 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

AZƏRTAC xəbər verir ki, Qanuna əsasən:

1. 9.6.4-cü maddədə “təhsili almaq hüququ verilir.” sözləri “təhsili;” sözü ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 9.6.5-ci, 9.12-ci və 14.4-1-ci maddələr əlavə edilsin:

“9.6.5. yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir.”;

“9.12. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-2-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”;

“14.4-1. Yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.