İQTİSADİYYAT


Pirallahı rayonunda “Bayraq qülləsi” və “Atəşgah abidəsi”nin tikintisi başa çatdırılıb

Pirallahı rayonunda “Bayraq qülləsi” və “Atəşgah abidəsi”nin tikintisi başa çatdırılıb

Bakı, 15 dekabr, AZƏRTAC 

Prezident İlham Əliyevin “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Pirallahı qəsəbəsinin daxilində ümumi uzunluğu 8,5 kilometr olan mərkəzi yolda əsaslı təmir işləri davam etdirilir.

Pirallahı Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yolun 12-15 metr enində genişləndirilməsi ilə əlaqədar layihə üzrə tikinti işləri hazırda mərkəzi küçədə aparılır.

S.Vurğun küçəsində 9 mərtəbəli bina istiqamətində yolun hər iki tərəfində və mərkəzi yolun kənarında 29-cu məhəllədən başlayaraq Pirallahı İdman Zalının qarşısınadək yeni hasarın tikintisi isə artıq tamamlanıb. Hasarın başlanğıcında üstündə Azərbaycan Respublikasının dövlət bayrağı və üzərində saat quraşdırılmış hündürlüyü 9,8 metr olan qüllə inşa edilib. Həmçinin Səməd Vurğun küçəsində, mərkəzi yol kənarında, üzərində dekorativ elementlər olan “Atəşgah abidəsi”nin tikintisi başa çatdırılıb.

Bundan əlavə, “Atəşgah abidəsi”nin üzərində Bakı şəhəri gerbinin təsviri quraşdırılıb. Bu abidə tarixi Suraxanı Atəşgahının formasında inşa edilib, o cümlədən hər iki qüllənin eni və uzunluğu 2,2 metr, fasadları isə üzlük ağlay daşları ilə üzlənib.

Qüllələr müasir işıqlandırma sistemləri ilə təchiz edilib. Qüllələrin ətrafından başlayaraq körpüyə qədərki ərazidə yeni salınmış təpələrin yamaclarında 516 metr uzunluğunda estetik görünüşlü taxta hasarlar quraşdırılıb və hazırda bu sahədə işlər davam etdirilir.

Qeyd olunub ki, Pirallahı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri zamanı Azərbaycanın qədim tarixi-memarlıq üslubundan da istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.