CƏMİYYƏT
Polis əməkdaşları Pirallahı rayonunda karantin rejimi qaydalarına riayət olunmasına nəzarət tədbirlərini davam etdirirlər
Bakı, 7 sentyabr, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Pirallahı rayonunda davam etdirilən nəzarət-profilaktik tədbirlər çərçivəsində mağazalarda və digər ticarət obyektlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur.
Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilir.