CƏMİYYƏT
Polis əməkdaşları qanvermə aksiyasında fəal şəkildə iştirak ediblər
Bakı, 4 dekabr, AZƏRTAC
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu tərəfindən Mərkəzi Qan Bankının əməkdaşlarının iştirakı ilə Şəki Şəhər Rayon Polis Şöbəsində talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə reallaşan aksiyada şəhər rayon polis şöbəsinin şəxsi heyəti fəal iştirak edib. Onlar belə tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər.
Polis əməkdaşları tibbi müayinədən keçdikdən sonra qan veriblər.
Qeyd edək ki, yığılan qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.