CƏMİYYƏT


Portuqaliya və İspaniyanın şəhərləri Aİ-nin aparıcı ekoloji şəhərləri siyahısına daxil edilib

Lissabon, 17 noyabr, AZƏRTAC

Karbon Emissiyalarının Azaldılması (KEA) üzrə Beynəlxalq Layihə tərəfindən bu gün dərc olunan siyahıya görə, Portuqaliyanın Portu, Braqa və Agueda şəhərləri ətraf mühitin mühafizəsi sahəsində lider sayılan 88 şəhər sırasına daxil edilib.

AZƏRTAC xəbər verir ki, mənzil-qərargahı Londonda yerləşən KEA ətraf mühitə təsirlərə qarşı mübarizədə investorları, şirkətləri, şəhərləri və regionları dəstəkləyir. KEA hazırda dünyanın ətraf mühitin çirklənməsinə dair ən böyük hesabat bazası olan qeyri-kommersiya təşkilatıdır.

Bu gün dərc olunan siyahıya əsasən, Danimarka bu sahədəki müsbət göstəricilər baxımından Avropa üzrə daha çox şəhər sayına malik olan ölkədir. Danimarkadan sonra bu siyahıda İsveç (beş şəhər), Finlandiya (dörd), İspaniya (üç) və Portuqaliyanın (üç) adı gəlir.

Ən yaxşı nəticələr göstərmiş “A sinfindən” olan şəhərlərin istixana qazlarının tullantılarının azaldılması və iqlim dəyişikliyinin təsirinə qarşı dayanıqlığın yaradılması istiqamətində səyləri tanınır.

Göstərilən səylər nəticəsində Portu, Braqa və Agueda, eləcə də Helsinki, Florensiya və Kopenhagen kimi digər şəhərlər həyat və iş üçün səmərəli, sağlam və çiçəklənən məkanlara çevrilir. Sözügedən şəhərlərdə tullantıların azaldılması və iqlim dəyişikliyinə qarşı müqavimətin gücləndirilməsi istiqamətində səmərəli işlər görülür.

KEA xatırladır ki, qlobal istixana qazı tullantılarının həcmi 2030-cu ildə iki dəfə azaldılmalı, 2050-ci ildə isə fəlakətli iqlim dəyişikliyindən qorunmaq üçün neytrallaşdırılmalıdır. Qeyd edək ki, A siyahısından olan şəhərlər bunun mümkün olduğunu nümayiş etdirir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.