SİYASƏT


Prezident Milo Cukanoviç: Qlobal Bakı Forumu mühüm əhəmiyyət kəsb edir

Bakı, 15 mart, Nəriman Həsənzadə, AZƏRTAC

Qlobal Bakı Forumu mühüm əhəmiyyət kəsb edir. Dünyanın hazırkı və keçmiş dövlət və hökumət başçıları Forumda iştirak edir və mühüm məsələlər barədə müzakirələr aparırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında VII Qlobal Bakı Forumunda iştirak edən Monteneqronun Prezidenti Milo Cukanoviç deyib.

Dövlət başçısı Azərbaycan-Monteneqro münasibətlərindən danışaraq bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr mövcuddur. “Biz əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu düşünürük”, - deyə o əlavə edib. Prezident vurğulayıb ki, xüsusilə də turizm və enerji sektorunda əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.