RƏSMİ XRONİKA


Prezidentin Mətbuat Xidmətinin məlumatı

Aprelin 13-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Məhəmməd Əşrəf Qani İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Məhəmməd Əşrəf Qaniyə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin