SİYASƏT
Prezidentin köməkçisi: Azərbaycanın mineral və təbii ehtiyatları qanunsuz istismar edilib VİDEO
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycanın mineral və təbii ehtiyatları qanunsuz istismar edilib. “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı halları intensivləşib və müxtəlif mənbələrə əsasən, bu fakt təsdiqini tapıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə görüşündə deyib.
H.Hacıyev qeyd edib ki, xüsusilə faydalı qazıntı yataqlarının yerləşdiyi ərazidə yük maşınlarının keçidinin intensivləşdiyi müşahidə olunub. Bu məsələ Azərbaycanın müvafiq dövlət qurumları, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən monitorinq aparılaraq araşdırılıb.