ELM VƏ TƏHSİL
Professor Nadir Məmmədlinin biblioqrafik göstəricisi çap olunub
Bakı, 6 iyun, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədlinin həyat və yaradıcılığına, elmi və ictimai fəaliyyətinə həsr olunmuş biblioqrafik göstəricisi çap olunub.
AZƏRTAC xəbər verir ki, Dilçilik İnstitutunun Elmi şurasının 6 mart 2023-cü il tarixli qərarı ilə çap olunan biblioqrafiyanın “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərov, layihə rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli, tərtibçi və ixtisas redaktoru Sevil Zülfüqarovadır. Nəşr Nadir Məmmədlinin həyat və yaradıcılığını, elmi və ictimai fəaliyyətini əhatə edir.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitab ədəbiyyatşünaslar, müəllimlər, tələbələr, dil problemi ilə maraqlanan mütəxəssislər üçün nəzərdə tutulub.