QAÇAQMALÇILIQLA MÜBARIZƏNIN GÜCLƏNDIRILMƏSI İSTIQAMƏTINDƏ KONKRET ADDIMLAR ATILIR
Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti polkovniki Asəf Məmmədov iqtisadiyyatımıza böyük zərbə vuran qaçaqmalçılıqla mübarizə, daxili bazarın qorunmasıda ciddi dönüş yaradılmasına dair əməkdaşlar qarşısında konkret tələblər qoymuşdur.
Gömrük əməkdaşları ölkəmizin Prezidentinin göstərişlərini yerinə yetirmək üçün var qüvvələri ilə çalışacaqlarını bildirmişlər.
Muxtar Respublikanın yerli gömrükxanalarında da müşavirələr keçirilmişdir. Komitənin qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə bölməsinin rəisi Mirfazil Seyidov Sədərək və Culfa gömrükxanalarında olmuş, gömrük nəzarəti sahəsində nöqsanların aradan qaldırılması və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsinə dair rəhbərliyin konkret tapşırıqlarını onlara çatdırmışdır.