SİYASƏT
QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN SONSUZ KƏDƏRİ
Respublikamızda rəsmi mətəm günləri başa çatsa da, Beynəlxalq İslam Təşkilatının Bərdədəki “Ərəb-1”, “Ərəb-3”, Türkiyənin “Qızıl ay” çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlər xalqımızın xilaskar oğlu, dahi şəxsiyyət, ölkəmizdə sabitliyin təminatçısı Heydər Əliyevə sonsuz məhəbbətlərini ifadə etmək üçün yenə də xatirə guşələrinə gəlir, ümummilli liderimizin portreti önünə gül-çiçək dəstələri qoyur, dualar oxuyur, ürək sözlərini xatirə kitabına yazır, rəhbərin ideyalarının həyata keçirilməsində ölkəmizin Prezidenti İlham Əliyevə yaxından kömək göstərəcəklərini vurğulayırlar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yevlax rayonunun “Aran” qəsəbəsində, Ağdam rayonunun Quzanlı, Xındırıstan, Ayaq Qərvənd, Ergi qəsəbələrində, Ağcabədi rayonundakı qaçqın şəhərciklərində xatirə mərasimləri keçirilir.