İQTİSADİYYAT


QADINLARIN SAHİBKARLIQ FƏALİYYƏTİNİN İNKİŞAFI ÜZRƏ ARAŞDIRMA

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Beynəlxalq Əmək Təşkilatı ilə birgə “Azərbaycan və Gürcüstanda işəgötürənlər vasitəsilə qadınların sahibkarlıq fəaliyyətinin inkişafı” layihəsini həyata keçirir.

Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinin inkişafı üzrə araşdırma aparılır, bu sahədə statistik məlumat toplanır.

Keçirilən sorğunun nəticələrinə əsasən, respublikada sahibkarlığın ümumi vəziyyəti, qadının ailədə rolu, cəmiyyətdə mövqeyi və digər məsələlər aydınlaşdırılacaqdır. Bu sahədə yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının fəaliyyəti müəyyənləşdiriləcək, qadınların maliyyə resursları ilə təminatı və s. haqqında məlumatlar toplanılacaqdır.

Araşdırmalar nəticəsində hazırlanacaq hesabata qadınların sahibkarlıq fəaliyyətinin inkişafı ilə əlaqədar tövsiyələr də daxil ediləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.