SİYASƏT
QADIN KOALISİYALARININ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Gürcüstanın paytaxtı Tbilisi şəhərində BMT-nin Qadınlar Üçün İnkişaf Fondunun (YUNİFEM) təşəbbüsü ilə Qadın Koalisiyalarının işgüzar görüşü olmuşdur. “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” regional layihə çərçivəsində keçirilən konfransda ölkəmizi YUNİFEM-in Azərbaycan üzrə milli əlaqələndiricisi Gülşən Paşayeva, Qadın Koalisiyasının üzvlərindən Sevil Zeynalova, Solmaz Hacıyeva, Tamam Cəfərova və digərləri təmsil etmişlər.
Yığıncaqda hesabatlar dinlənilmiş, münaqişələrin qarşısının alınmasında, həll edilməsində və sülh quruculuğu prosesində qadınların rolunun vacibliyi vurğulanmışdır.
Görüşdə Cənubi Qafqaz ölkələrinin Qadın Koalısiyası yaradılmış, İraq müharibəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət qəbul olunmuşdur.