SİYASƏT
QANUN POZUNTUSU CƏZASIZ QALMAMIŞDIR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Xətai Rayon Təhsil Şöbəsinin müdiri M.Bayramov və məktəbin direktoru M.Mirheydərovla, sonra isə təhsil naziri Misir Mərdanovla görüşmüşdür.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, hadisə ilə bağlı aparılan araşdırma zamanı şagird T.Babayevin hüquqlarının kobud şəkildə pozulduğu müəyyən edilmişdir.
Elmira Süleymanova bu faktın müstəqil Azərbaycan Respublikasının təhsil siyasətinə, ölkəmizin Konstitusiyasında təsbit edilmiş insan hüquqlarına zidd olduğunu nəzərə alaraq, məktəbin direktoru M.Mirheydərovun tutduğu vəzifədən azad olunmasını tələb etmişdir.
Xətai Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, direktor vəzifəsindən azad edilmişdir.