QARADAĞ RAYONUNDA KİTABXANA YENİDƏN QAPILARINI AÇMIŞDIR
AzerTAg.az
Səngəçal terminalının genişləndirilməsi proqramının direktoru Kus Nyuvenhyuze Qaradağ rayonunun Səngəçal qəsəbəsində əsaslı təmir olunmuş kitabxananın açılışında demişdir ki, “bp-Azərbaycan” şirkəti gələcəkdə də sosial proqramlara sərmayə qoyulması siyasətini davam etdirmək və bununla da, ölkənin tərəqqisinə yardım göstərmək niyyətindədir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2003-cü ilin yayında bp 12 min kitab fondu olan kitabxananın əsaslı təmiri layihəsini gerçəkləşdirməyə başlamışdır. Şirkət binanı mebel və kompüterlə də təchiz etmişdir.
“bp-Azərbaycan” şirkəti əhalinin inkişafı proqramının həyata keçirilməsi çərçivəsində, xüsusilə Səngəçal terminalının yerləşdiyi Qaradağ rayonunda, çoxsaylı sosial layihələrə yardım göstərir.
Xəbərin mətnində orfoqrafik səhv var