İQTİSADİYYAT
QAXDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞKONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kitabxananın foyesində Xocalı faciəsini əks etdirən sərgi və stendlərlə tanış olmuşlar.
Mədəniyyət, təhsil və səhiyyə işçilərinin, ziyalıların qatıldığı konfransda “Bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət” və “Erməni terrorizmi” mövzularında məruzələr dinlənilmiş, çıxışlar səslənmişdir. Məruzə və çıxışlarda erməni cəlladlarının xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırım siyasəti konkret faktlarla diqqətə çatdırılmış, bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin acı nəticələri barədə danışılmış, faciə müəlliflərinin tezliklə cəzalandırılacaqlarına əminlik ifadə olunmuşdur. Tədbirin sonunda mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]