QIZIL ZİNƏT VƏ BƏZƏK ƏŞYALARI AŞKARLANMIŞDIR
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Dubay-Bakı marşrutu ilə gəlmiş yük təyyarəsində Rusiya Federasiyasının vətəndaşı Zubayir Dudurkayevə məxsus yüklər şübhə doğurduğu üçün monitor nəzarətindən keçirilmişdir. Dağıstana tranzit göndərilən mallara baxış zamanı yükün içərisindən plastik qutuda qablaşdırılmış, bəyannamədə göstərilməyən 600 qram qızıl zinyət və bəzək əşyaları aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı təhqiqat aparılır.