DÜNYA


QUAD ölkələrinin enerji təşkilatlarının rəhbərləri Sidneydə görüşəcəklər

Tokio, 5 iyul, AZƏRTAC

Yaponiya, ABŞ, Avstraliya və Hindistanın enerji təşkilatlarının rəhbərləri iyulun ortalarında Sidneydə bu formatda ilk dəfə görüşəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiuda iyulun 5-də Tokioda keçirilən mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, bu, həmin nümayəndələrin belə formatda keçirilən ilk görüşü olacaq.

“İyulun 11-dən 15-dək mən Təhlükəsizlik üzrə dördtərəfli dialoq(QUAD) enerji təşkilatları rəhbərlərinin görüşündə iştirak etmək üçün Avstraliyaya səfər edəcəyəm. Bu, həmin formatda təşkil edilən ilk görüş olacaq”, - deyə nazir bildirib. Nazir əlavə edib ki, həmin görüşdə energetika, enerji təhlükəsizliyi və tullantıların azaldılması məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, QUAD 2017-ci ildə Asiya-Sakit okean regionunda və Hind okeanı zonasında qarşılıqlı fəaliyyət məqsədilə yaradılıb. Həmin ilin noyabrında üzv ölkələr Hind-Sakit okean regionunda mühüm gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək üçün yeni strategiya çərçivəsində koalisiya yaradıblar.

QUAD-ın üzvü olan Yaponiya, ABŞ, Avstraliya və Hindistan liderlərinin son görüşü cari ilin mayında Tokioda keçirilib.

 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.