İDMAN


Qaçış üzrə Olimpiya çempionu Kiprop dopinqə görə 4 il müddətinə diskvalifikasiya edilib

Bakı, 20 aprel, AZƏRTAC

Keniyalı yüngül atlet Asbel Kiprop antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib. Antidopinq qaydalarına riayət olunmasına nəzarət edən müstəqil orqan (Athletics Integrity Unit, AIU) bildirib ki, bu idmançının diskvalifikasiya edilməsi müddəti 2018-ci il fevralın 3-dən hesablanır.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Kipropun dopinq probasının müsbət nəticə verməsi keçən ilin may ayında məlum olub. Onun qanında eritropoetin maddəsi aşkar edilib. 2018-ci ilin mart ayında Yüngül Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyası (İAAF) Kipropu antidopinq qaydalarını pozmaqda ittiham edib. İdmançı dopinq zabitlərini dopinq probanın dəyişdirilməsində günahlandırıb, lakin AIU bunu sübut edən dəlillər tapmayıb. Kiprop bu dəfə AIU-nu təhqiqat zamanı məxfiliyi pozmaqda ittiham edib, lakin bu ittiham da sübut olunmayıb.

Keniyalı Kiprop 2008-ci il Olimpiya Oyunlarında 1500 metr məsafəyə qaçışda qalib gəlib, həmçinin 3 dəfə (2011, 2013 və 2015-ci illərdə) dünya çempionu olub.

İAAF Antidopinq qaydalarına riayət olunmasına nəzarət edən müstəqil orqan yaradılmasını 2017-ci ilin yayında elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.