Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qafqaz Müsəlmanları İdarəsinin sədri Çeçenistanda beynəlxalq konfransda iştirak edib

Bakı, 29 avqust, AZƏRTAC 

Avqustun 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Çeçenistana səfər edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər Qroznı şəhərində Çeçenistanın mərhum Prezidenti Əhməd Kadırovun anadan olmasının 65 illiyinə həsr olunmuş beynəlxalq konfransa dəvət əsasında həyata keçirilib.

Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə keçirilən, İslam dünyasının tanınmış din xadimlərinin, alimlərin, Misir, İordaniya və digər müsəlman ölkələrinin nüfuzlu üləmalarının, habelə MDB ölkələrindən ümumən 150-dək qonağın iştirak etdiyi beynəlxalq konfransda A.Paşazadə məruzə ilə çıxış edib.

QMİ sədri hazırda dünyada cərəyan edən hadisələr fonunda din xadimlərinin zorakılıq hallarına, sülh və ədalətin pozulmasına qarşı daha artıq dərəcədə fəal çıxış etmək zərurətindən bəhs edib. O bildirib ki, sülh, qardaşlıq dini olan İslam adından müsəlman xalqlarına, onların müstəqil dövlətlərinə qarşı məkrli sui-istifadə halları, İslam adına ləkə gətirilməsi hiddət doğurur. Şeyxülislam qeyd edib ki, ekstremistlərin, təkfirçilərin, din adından istifadə edən sektaların, İŞİD və başqalarının məqsəd və məramlarının, cəmiyyət daxilinə nifaq salan, xalqların əsrlər boyu formalaşmış mənəvi köklərini məhv edən, ənənəvi dəyərlərinə və dövlətçiliyinə qarşı radikal addımlara sövq edən, gəncliyi psevdoislam ideyalarla zəhərləyərək alçaq niyyətlərinə alət edənlərin İslama, müsəlmanları narahat edən problemlərə heç bir dəxli yoxdur. Bunun qarşısının alınması üçün əsl İslam həqiqətləri ruhunda maarifçilik işinin genişləndirilməsi zəruridir — nüfuzlu üləmaların dünyada ehtiramla qarşılanan rəyləri bu işdə böyük rol oynayır. A.Paşazadə vurğulayıb ki, cəmiyyətlərdə mənəvi-əxlaqi sabitliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edən məqamlardan biri dövlət-din münasibətlərinin dövlət başçıları tərəfindən səriştəli tənzimlənməsi, dindarların ehtiyac və istəklərinə qayğı ilə yanaşılmasıdır. Şükürlər olsun ki, həm Azərbaycanda, həm də Rusiyada məhz belə münasibətlər hökm sürür.

Hər zaman olduğu kimi, şeyxülislam A.Paşazadə bu beynəlxalq konfransın xitabət kürsüsündən də Qarabağ probleminin sülh yolu ilə ədalətli həll olunmasının vacibliyi barədə fikirlərini səsləndirib. O, iki onillikdən artıq davam edən bu münaqişənin, ümumən, Qafqazın inkişafına əngəl olduğunu vurğulayıb və Rusiyanın Prezidenti Vladimir Putinin sülhün əldə olunması istiqamətində səylərinin yüksək dəyərləndirildiyini bildirib. QMİ sədri Yaxın Şərqdə sülhün bərqərar olmasında, ələlxüsus Suriya ətrafında hökm sürən xaosun aradan qaldırılmasında, beynəlxalq terrorizmlə mübarizədə Rusiyanın rolunun mühüm olduğunu vurğulayıb.

Konfransda iştirak edən din xadimləri Rusiya və Türkiyə arasında münasibətlərin normallaşmasından məmnun olduqları barədə ümumi mövqe nümayiş etdiriblər. Azərbaycan dövlətinin, Prezidentinin bu işdə rolu və səyləri müsbət dəyərləndirilib.

Səfər çərçivəsində Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov QMİ sədri şeyxülislam A.Paşazadəni qəbul edib.

Görüşdə şeyxülislam Azərbaycan Prezidentinin salamlarını və xoş arzularını Çeçenistanın başçısına çatdırıb. Azərbaycanın dövlət başçısını böyük qardaşı adlandıran və onun şəxsiyyətinə yüksək dəyər verdiyini vurğulayan R.Kadırov Prezident İlham Əliyevi Çeçenistanda görmək arzusunda olduğunu söyləyib.

Görüş zamanı QMİ sədri Qafqazın şərəfli oğlu, qardaş hesab etdiyi məhrum Prezident Əhməd Kadırovun anadan olmasının 65-ci ildönümünə təsadüf edən günlərdə onun siyasi və mənəvi yolunun xələfi Ramzan Kadırovla görüşmək fürsətindən məmnunluğunu bildirib. Çeçenistanın ən ağır dönəmlərində əvvəlcə mənəvi lider, daha sonra isə siyasi rəhbər olan və hər iki missiyanın öhdəsindən layiqincə gələn Əhməd Kadırovun çeçen xalqı qarşısında xidmətlərini olduqca yüksək dəyərləndirən şeyxülislam A.Paşazadə onunla dostluq və qardaşlığını hər zaman uca tutduğunu vurğulayıb. QMİ sədrinin mərhum atası ilə qardaşlıq münasibətlərinə şahidlik etmiş Ramzan Kadırov bu yüksək insani münasibətlərin həm çeçen xalqının, həm də Qafqaz bölgəsinin əmniyyət və yüksəlişinə dəlalət etdiyindən fəxarət duyduğunu bildirib. Anım günlərində şeyxülislamın Qroznıya təşrif buyurmasından məmnunluğunu ifadə edən R.Kadırov Azərbaycan və çeçen xalqları arasında mövcud, illərin sınağından çıxmış dostluğun, qardaşlığın hər zaman yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb. Şeyxülislam A.Paşazadə Azərbaycan xalqının Çeçenistanın həyatın müxtəlif sahələrində nail olduğu uğurlara sevindiyini diqqətə çatdırıb və R.Kadırovu Azərbaycanı ziyarət etməyə dəvət edib. Görüşün sonunda QMİ sədri Çeçenistanın başçısına xüsusi hazırlanmış gül rahiyəli Quran nüsxəsi hədiyyə edib.

Qroznı şəhərində, həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirilib. Şuranın sədri şeyxülislam Allahşükür Paşazadə Şimali Qafqaz müftiləri ilə bərabər görülmüş işlərin hesabatını dinləyib, həyata keçirilməsi qarşıda duran məsələləri müzakirə edib. Bölgədə və dünyada baş verən proseslərin fonunda din xadimlərinin vəzifələri və Şimali Qafqazın din xadimlərinin xalqları və dövlətlərinin mənafeləri naminə üzərlərinə düşən məsuliyyət və vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Şuranın sədri A.Paşazadə Rusiya, İran və Azərbaycan prezidentlərinin bu yaxınlarda Bakıda keçirilmiş üçtərəfli görüşünün regional və qlobal problemlərin həllinə böyük töhfə verdiyini diqqətə çatdırıb. O, din xadimlərinin də hər üç ölkədə görüşlər keçirməsinin dost və qonşu xalqların, dövlətlərin mənafeyinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Səfər zamanı şeyxülislam A.Paşazadəni QMİ sədrinin birinci müavini müfti Salman Musayev müşayiət edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub