CƏMİYYƏT


Qafqazda Ön Asiya bəbirlərinin populyasiyasının bərpası 20-25 il davam edə bilər

Moskva, 22 iyun, AZƏRTAC

Qafqazda Ön Asiya bəbirlərinin populyasiyasının bərpa prosesi 20-25 il davam edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Qafqaz Dövlət Biosfer Qoruğunun elmi işçisi Anatoli Kudaktin bildirib. Onun sözlərinə görə, təbiətdə 25 cütlük olduqda, populyasiya bərpa edilmiş sayılır. Hazırda Qafqaz qoruğunun ərazisində iki, Şimali Qafqazın vəhşi təbiətində isə üç Ön Asiya bəbiri var.

XX əsrin ortalarına kimi Qafqazda bəbirlər geniş yayılmışdılar. Lakin sonradan onların sayı kəskin azalmağa başlayıb. Müasir dövrdə bəbirlərin populyasiyasının Qafqazda bərpası üzrə xüsusi proqram hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi Qafqazda Bəbirlərin Bərpası Mərkəzi ilə bu sahədə geniş əməkdaşlıq edir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.