ELM VƏ TƏHSİL


Qafqazşünaslıq İnstitutunda Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa

Bakı, 30 mart, AZƏRTAC

Qafqazşünaslıq İnstitutunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş videoformatda dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, toplantıda elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı məruzə ilə çıxış edib. Məruzədə 1918-ci ilin mart-aprel aylarında törədilən qanlı hadisələrin səbəbləri, üsulları və nəticələrindən bəhs edən M.Qasımlı bolşevik və daşnakların planlı şəkildə azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiklərini söyləyib. Professor ilk dəfə ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə hüquqi-siyasi qiymət verildiyindən, ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətindən danışıb.

Sonra institutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru Ramilə Dadaşova, elmi katib, dosent Südabə Hüseynova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, dosent Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri, dosent Elnur Kəlbizadə, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, Gənc alim və mütəxəssislər şurasının sədri Günay Feyziyeva və Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva soyqırımının təfərrüatlarından bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.