ELM VƏ TƏHSİL
Qafqazşünaslıq İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ediblər
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşları Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində “Qafqazın mədəni-sivilizasiya kontekstində Gürcüstan” mövzusunda Qafqazşünasların V Beynəlxalq konqresində iştirak ediblər.
Qafqazşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda elmi müəssisənin Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov “Azərbaycan-Gürcüstan münasibətlərı: sınaqlardan keçmiş əməkdaşlıq” və şöbənin elmi işçisi Naziyə Məmmədova “Gürcüstanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr üzrə alimlərin və mütəxəssislərin çoxsaylı sualları cavablandırılıb, maraqlı təklifləri səsləndirilib.
Şimali və Cənubi Qafqaz, Polşa, Türkiyə, Gürcüstan universitetlərinin və elmi mərkəzlərinin nümayəndələri, ali məktəblərin müəllimləri, magistrantlar və doktorantların iştirak etdiyi konqresdə Azərbaycan, Rusiya və digər ölkələrdən olan alimlər çıxış ediblər.