İDMAN
“Qalatasaray” klubu “Neftçi” ilə oyun öncəsi cərimələnib
Bakı, 16 sentyabr, AZƏRTAC
UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakının “Neftçi” klubunun qonağı olacaq Türkiyənin “Qalatasaray” komandası bu oyundan əvvəl cərimələnib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Qalatasaray” klubunu 24 min türk lirəsi məbləğində cəzalandırıb. Buna İstanbul təmsilçisinin hazırlıq oyunlarında lisenziyasız futbolçu oynatması səbəb olub. Belə ki, bu hal iki dəfə baş verib. İlk qayda pozuntusundan sonra TFF “sarı-qırmızılar”a xəbərdarlıq etsə də, bu hal təkrarlandığı üçün klubu cərimələyib.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”-“Qalatasaray” oyunu saat 20:00-da start götürəcək. Koronavirus pandemiyasına görə UEFA-nın qərarı ilə matç azarkeşsiz keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]
Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub
- 26.04.2024 [11:24]
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
- 26.04.2024 [10:55]
“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm
- 26.04.2024 [10:34]