Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qalib Lider Azərbaycan dövlətinin üstün geosiyasi iradəsini növbəti dəfə nümayiş etdirdi

Qalib Lider Azərbaycan dövlətinin üstün geosiyasi iradəsini növbəti dəfə nümayiş etdirdi

Bakı, 17 avqust, AZƏRTAC

Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. Siyasəti tarixi ənənələri özündə əks etdirən və müasir reallıqlara adekvat cavab verən dövlətlər intibah və yüksəlişə nail olur, beynəlxalq arenada layiqli mövqe tuturlar. Eynilə öz strateji kursunun nəticələri ilə mütərəqqi və cəlbedici nümunə yaradan Azərbaycan təcrübəsində olduğu kimi. Bir əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan tarixin XXI yüzillik səhifəsinə öz adını qalib və güclü dövlət kimi yazmağa müvəffəq olub. Heç bir güc mərkəzindən asılı olmamaq, müstəqil siyasət həyata keçirmək, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilmək və olduqca mürəkkəb beynəlxalq münasibətlər şəraitində hərbi-strateji, diplomatik-siyasi imkanlarından istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olmaq, sözün əsl mənasında, tarix yazan və tarixin yazdığı fenomenal hadisədir.

Bu fikirlər Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Qalib Lider Azərbaycan dövlətinin üstün geosiyasi iradəsini növbəti dəfə nümayiş etdirdi” sərlövhəli məqaləsində yer alıb.

Azərbaycanın qlobal informasiya platformasında mövqeyinin möhkəmlənməsinə
xidmət edən sistemli və məqsədyönlü fəaliyyət

Bu gün respublikamız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mövcud reallıqlar fonunda öz strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Yeri gəlmişkən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsində ifadə etdiyi fikirlər bu kontekstdə çox mühüm məsələlərin üzərinə işıq salır.

Azərbaycan Prezidenti bəhs olunan müsahibəsində strateji əhəmiyyətə malik olan çox önəmli məsələlərə toxundu, yeni reallıqlar fonunda qalib dövlətimizin qətiyyətli mövqeyini növbəti dəfə əminliklə bəyan etdi. Azərbaycan Prezidenti, xüsusilə də, həm 30 ilə yaxın davam edən işğal faktı, həm 44 günlük Vətən müharibəsi zamanı baş verən proseslər – cərəyan edən hadisələr, həm də postkonflikt mərhələsində regional təhlükəsizlik və əməkdaşlıq imkanları ilə əlaqədar vacib nüansları geniş beynəlxalq ictimaiyyətin – yerli və xarici auditoriyanın diqqətinə çatdırdı. Əlbəttə, bu, ilk növbədə, dövlətimizin başçısının müəyyənləşdirdiyi hücum diplomatiyasının tərkib hissəsi olan milli və qlobal məzmunlu informasiya strategiyasının ardıcıl olaraq reallaşdırılması baxımından çox önəmlidir. Bu, Azərbaycan dövlətinin informasiya-təbliğat fəaliyyətinin mühüm bir istiqaməti kimi, heç şübhəsiz, ölkəmizin qlobal informasiya platformasında mövqeyinin möhkəmləndirilməsi, ermənilərin dezinformasiya siyasətinin və qara piar kampaniyasının iflasa uğradılması – erməni yalanlarının ifşası kontekstində böyük əhəmiyyətə malikdir.

Bütövlükdə, Prezident İlham Əliyevin bəhs olunan müsahibəsində əksini tapan fikirlər tarixi, siyasi, strateji nöqteyi-nəzərdən əlamətdar olmaqla yanaşı, Azərbaycanın milli maraqların qorunması, perspektiv hədəflərə doğru irəliləməsi, regional miqyasda sülhün, təhlükəsizliyin təmin edilməsi və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mövqeyinə işıq salır. Bu kontekstdə bir sıra strateji nüanslara ayrıca nəzər salmaq məqsədəmüvafiq olar.

Ləyaqətli müharibə apararaq ədalətin bərpasına nail olan Azərbaycan gələcək nəsillərə
böyük tarixi, siyasi və mənəvi miras buraxdı

Azərbaycan Prezidenti 30 il ərzində torpaqlarımızın işğal altında olmasının, eləcə də problemə münasibətdə qeyri-obyektiv, selektiv yanaşmaya və ikili standartlara əsaslanan siyasətin həyata keçirilməsinin böyük ədalətsizlik olduğunu, buna baxmayaraq, Azərbaycan xalqının işğal faktı ilə barışmadığını, Qurtuluş savaşı apararaq tarixi Qələbə qazandığını diqqətə çatdırdı. Əlbəttə, bu, tarixi ədalətin bərpası, beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsi və Azərbaycan dövlətinin qüdrətinin – milli gücünün ifadəsi idi. Dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusu 44 gün ərzində döyüş meydanında öz sözünü dedi, böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etməyə müvəffəq oldu. XXI əsrin müharibəsini apararaq qəhrəmanlıq salnaməsi yaradan və tarix yazan Azərbaycan Ordusunun döyüş yolu və şanlı Zəfərinin bu gün dünyanın nüfuzlu ali hərbi məktəblərində və tədqiqat mərkəzlərində öyrənilməsi təsadüfi deyil.

Ən mühüm məsələlərdən biri budur ki, müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu aktoru və dünya birliyinin məsuliyyətli üzvü olan Azərbaycan müharibəni ləyaqətlə apardı, hər hansı bir müharibə cinayətinə və beynəlxalq hüquq normalarına zidd olan illeqal fəaliyyətə yol vermədi. Bu, regional güc mərkəzi olan, dünyada sabitlik adası, tolerantlıq nümunəsi və multikulturalizm diyarı kimi tanınan Azərbaycanın beynəlxalq hüquq normalarına və ümumbəşəri dəyərlərə sayğısının, xüsusi diqqətinin və həssas yanaşmasının ifadəsi idi. Nəhayət, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik”. Həqiqətən də, Vətən müharibəsi Zəfəri Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin şanlı – şərəfli qürur və iftixar səhifəsi olmaqla yanaşı, gələcək nəsillər üçün mənəvi-siyasi mirasdır.

Əsas rəqibimiz zamandır

Azərbaycan Prezidenti “CNN Türk” telekanalına müsahibəsində, həmçinin postmüharibə dövrünün reallıqları və yeni mərhələdə Azərbaycan strateji hədəfləri, spesifik yanaşması və prinsipial mövqeyi ilə əlaqədar məqamları tam dəqiq və dolğun surətdə ifadə etdi. Bir daha bəlli oldu ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Təbii ki, həmin ərazilərdə infrastruktur quruculuğunun həyata keçirilməsi, minatəmizləmə işlərinin aparılması müəyyən zaman tələb edir, amma Azərbaycan Prezidentinin siyasi iradəsi, ölkəmizin maliyyə-iqtisadi imkanları, səmərəli beynəlxalq əlaqələri və tərəfdaşlıq münasibətləri bu hədəfə çatmağa imkan verir. Dövlət başçısının qeyd etdiyi kimi, bizim burada əsas rəqibimiz zamandır: “Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır”.

Azərbaycanın mövqeyi konkret və birmənalıdır, Ermənistan isə siyasi seçim qarşısında...

Bunlarla yanaşı, digər bir vacib və aktual məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Postmüharibə dönəmində də üstün geosiyasi iradə nümayiş etdirən qalib Azərbaycan sülh müqaviləsinin imzalanması tərəfdarı kimi çıxış edir. “Biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın”,-deyən Prezident İlham Əliyev Azərbaycanın dəyişməz və konkret mövqeyini ifadə edib. Amma Ermənistan bu məsələdə konkret mövqe – vahid yanaşma ortaya qoymayıb, bu da məğlub ölkənin siyasi qeyri-müəyyənlik vəziyyətində olduğunu göstərir. Amma 44 müharibədən sonra şərtləri qalib Azərbaycanın diktə etdiyi hazırkı geostrateji reallıqlar fonunda Ermənistanın konstruktiv mövqe sərgiləməkdən başqa şansı yoxdur. Bu ölkə ərazi iddiasından əl çəkərək Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə əlaqədar konkret işlər görməli, sülh müqaviləsinə hazırlıq işlərinə başlamalıdır. Yeri gəlmişkən, hazırda Ermənistanın qarşısında duran birinci dərəcəli strateji öhdəlik 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanatın bütün şərtləri və tələblərinə zamanında, tam və qeyd-şərtsiz əməl etməkdir. Biz görürük ki, məğlub ölkə vaxtaşırı hərbi-siyasi təxribatlar törətməklə regionda təhlükəsizlik mühitini hədəfə almağa, vəziyyəti gərginləşdirməyə çalışır. Eyni zamanda, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilir ki, bu da yolverilməzdir. Bütün bunlar Avrasiya geosiyasi məkanının çox mühüm strateji həlqəsi olan Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitinin yaradılmasına, çoxşaxəli işbirliyinin təmin olunmasına qarşı siyasi provakasiyalardır. Azərbaycanın hazırkı mərhələdə Rusiyadan da gözləntisi üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir.

Azərbaycan Cənubi Qafqazı beynəlxalq əməkdaşlıq məkanına çevirir

Daha bir əhəmiyyətli məsələ Azərbaycanın yaratdığı reallıqların Cənubi Qafqaz regionunda yeni genişmiqyaslı əməkdaşlıq imkanları formalaşdırmasıdır. Burada bir çox vacib məqam var. Bunlardan biri bölgədə kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat qovşağının yaradılmasıdır. Bu kontekstdə Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi çox mühüm əhəmiyyətə malikdir. Bu geostrateji koridor həm Cənubi Qafqaz regionunda, həm də Asiyadan Avropaya doğru geniş miqyasda əməkdaşlığın dərinləşməsinə, sıx işbirliyinin formalaşmasına mühüm töhfə olacaq. Yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə Muxtar Respublika arasında birbaşa quru əlaqəsinin yaranması isə strateji önəm daşıyır. Bu dəhlizin yaradılması həm də Ermənistan üçün faydalı ola bilər. Ermənistan bu şansdan yararlanmaqla dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilər. Bütövlükdə isə, Zəngəzur dəhlizinin açılması bütün region dövlətləri üçün önəmli siyasi və iqtisadi fayda, rifah vəd edir. Digər tərəfdən, Azərbaycan Cənubi Qafqazda 3+3 formatını da dəstəkləyir, bu kontekstdə öz üzərinə düşən strateji vəzifələri yerinə yetirmək əzmindədir.

Nəticə etibarilə, strateji imkanlarından səmərəli istifadə edən Azərbaycan nüfuzlu və güclü aktor kimi Cənubi Qafqazı beynəlxalq işbirliyi məkanına çevirir. Bu isə regional təhlükəsizlik və qlobal əməkdaşlıq baxımından da çox önəmli olmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, dünya siyasətində yüksəlişinə, yeni geostrateji üstünlüklər qazanmasına xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb