CƏMİYYƏT
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb
Bakı, 7 yanvar, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-130 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, yanvarın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 135 kubmetr olmaqla ongünlük normanın 83 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 90 kubmetr təşkil etməklə ongünlük normanın 127 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Bankə və Araz çayının Novruzlu məntəqələrində 2, Surrada 5, Şirvanda 4, Salyanda isə 1 santimetr azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Surra məntəqəsində 452, Şirvanda 351, Salyanda 311, Bankədə 261, Araz çayının Novruzlu məntəqəsində isə 185 santimetrə bərabərdir.