CƏMİYYƏT
Qanunsuz qum daşıyanlar cəzalandırılıblar
Bakı, 19 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Goradil qəsəbəsinin Xəzər sahili ərazisində qum daşınması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı gecə saatlarında Goradil bağlar massivinin Xəzər dənizi sahilində “KamAZ” markalı 01-CC-277 dövlət nömrə nişanlı yük maşınına qum yükləndiyi aşkarlanıb.
Faktla bağlı qanun pozucuları, Abşeron rayon sakinləri Səbuhi Qocayev və Əhməd Məmmədov barəsində protokol tərtib edilib və onlar 3 min 764 manat məbləğində cərimə olunublar.
Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qum daşınması hallarına yol verilməməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə məktub göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]