Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qarabağ qaçağanı haqqında əfsanə

Bakı, 21 iyul, AZƏRTAC 

Minilliklər boyu at insanın sadiq dostu və yol yoldaşı olub. Elmin inkişafına və texniki tərəqqiyə baxmayaraq, müasir dünyada atçılığa maraq qətiyyən dəyişməyib. Türk Dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda qədim zamanlardan atçılıqla məşğul olurlar. Yəqin ki, Azərbaycanda ən məşhur milli at cinsi vətəni Qarabağ olan Qarabağ qaçağanıdır. Lakin bu cinsin bütün Azərbaycan ərazisində yayıldığını və ölkəmizin regionlarında yetişdirildiyini söyləmək olar. Qarabağ atları milli irsin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyidir.

Qızılı zəriflik

Qarabağ atlarını dünyanın ən qədim cinslərindən biri adlandırırlar. Onun vətəni Qarabağ dağlarıdır. Bu cinsin ən tipik nümayəndələri Ağdam atçılıq zavodunda yetişdirilirdi. Bu zavod Qarabağ cinsi üçün damazlıq hesab olunurdu. Lakin hazırda Ağdam erməni işğalı altında olduğundan bu təsərrüfatda olan bütün atlar Ağcabədi rayonuna təxliyə edilib və “Ləmbəran” otlaqlarında yerləşdirilib.

Müasir Qarabağ atları cidovunadək 144-154 santimetr hündürlüyü, orta uzunluqlu boynu, kiçik başı, dərin və geniş sinəsi, yaxşı inkişaf etmiş əzələləri olan orta ölçülü heyvanlardır. Bu cinsə aid atlar dəqiq və sürətli hərəkəti, ahəngdar bədən quruluşu ilə seçilirlər. Məhz bunun sayəsində folklorda Qarabağ cinsindən olan atları ahu və ya ceyrana bənzədiblər. Qarabağ atları gözəl rəngləri ilə seçilir. Qarabağ cinsinin rəngi kürən, səmənd, qonur, kəhər, boz, yaxud parlaq qızılı-kürən ola bilər ki, onu “qızılı şəfəq” də adlandırırlar. İstənilən qızılı Qafqaz atında Qarabağ qanının varlığını güman etmək olar.

Bu gün at cinsində iki tipi fərqləndirirlər: uzun ayaqlı, yüngül bədənli qaçağan atlar və qısa ayaqlı, kök və cüssəli atlar. Qarabağ atlarının ideal quru ayaqları var. Hətta ən ağır torpaqda yeriyəndən sonra da onlar quru qalır. Çox möhkəm dırnaqlar, ağır yükləmələrdən sonra sürəti bərpa etmək, bir neçə yüz kilometr məsafəni asanlıqla qət etmək qabiliyyəti, ən zəif rasionda belə ətli-canlı olmaq bu unikal cinsin üstünlüklərinin hələ tam siyahısı deyil.

Xasiyyətinə görə Qarabağ atları sakit və mehribandır. Tarixən Qarabağ atlarının fərqli xüsusiyyəti dağlıq və dərə-təpə əraziləri adlamaq qabiliyyəti olub. Hazırda Qarabağ atları əsasən cıdırda istifadə olunur. Atlar öz müstəsna sürəti ilə tanınır. Məsələn, 2004-cü ildə Ağdam rayonundan olan at min metr məsafəni 1 dəqiqə və 9 saniyəyə qət edərək dünya rekordu vurub.

Saxlamaq və inkişaf etdirmək

Ta qədimdən bu atlar Qarabağ xanlarının ilxısının yaraşığı olub. Bu cinsdən olan atların əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur.

Əsrlər boyu Qarabağ cinsi Qarabağ dağlarında yetişdirilib. Məhz buna görə gözəlliyindən əlavə, bu atlar ilk növbədə dözümlülük və dar dağ cığırları ilə hərəkət etmək qabiliyyətinə görə qiymətləndirilir. Qarabağ atları əsasən yəhərlənmiş halda istifadə edilib. Onlar uzun keçidlərdə xüsusilə dözümlüdür. Dağlarda yolu saatda 10 kilometr sürətlə qət edirlər. Hamar yarış meydanlarında 1600 metr məsafəyə rekord nəticə 2 dəqiqə 9 saniyədir (1955).

Ötən əsrlərdə Qarabağ atlarının Qərbi Avropaya ixrac olunmasını sübut edən tarixi faktlar var. Əyilməz və uzun müddət genealoji struktur istənilən cinsin genofondunda dözümlülük və zənginliyin rəhnidir. Qarabağ cinsində ta keçmişdən bir neçə cinsdaxili tiplər mövcud olub. Yüksək məhsuldarlığı olan erkək xətlər və damazlıq ailələr yetişdirilib. Qarabağ cinsinin yetişdirilməsi ənənəvi olaraq ilxı metodu ilə həyata keçirilib. Bir ilxıda həm safqanlı, həm yarımcins və hətta sadə anac olurdu, lakin ayğırlar həmişə cins və safqanlı idi. Nəticədə, atın yaxşılaşdırılmış hibridi yaranırdı: daha safqanlı olanlar “cins-sarılar”, daha sadələr “qalın-sarılar” adlanırdı.

Yarımcins xan atlarından ən məşhurları toxmaq və təkə ceyran idi. Toxmaq köhlən madyan və İran ayğırının qarışığından əmələ gəlib və öz möhkəm bədən quruluşu ilə fərqlənib. Təkə-ceyran Qarabağ ayğırı nəslindən olan təkə madyanı idi, hündür boyu və qaçağanlığı ilə seçilirdi. Safqanlı atlar heç vaxt çoxsaylı olmayıb və Qarabağdakı ilxıların təxminən ondabirini təşkil edib.

Avropanı fəth edərək...

Qarabağ cinsi rus at həvəskarları və bilicilərində elə təəssürat yaradıb ki, onu təmiz ərəb mənşəli hesab etməyə başlayıblar. Xüsusilə XIX əsrdə atçılıq zavodları və alimləri arasında ərəb atlarına aludəliyi də nəzərə almaq lazımdır. Professor V.Firsov 1895-ci ildə “Atçılıq zavodu jurnalı”nda dərc edilmiş “Türküstan və onun at cinsləri” əsərində qədim dövrlərdən başlayaraq Orta Asiyanın tarixindən danışıb. Müəllif bu əsərdə Qarabağ atını türkmən arqamaklarının nəsli kimi göstərir: Xarəzmi idarə edən osmanlılar Çingiz xanla inadcıl döyüşdə məğlubiyyətə uğrayandan sonra ayrı-ayrı türkmən tayfaları Zaqafqaziyaya köçüblər və atlarını da özləri ilə aparıblar. 

Qarabağ köhləninin türkmən cinsi ilə qohumluğu onun eksteryerini diqqətlə öyrənəndə təsdiqini daha tez tapır. Boynunun və başının forması, iri və dərin gözləri, tükünün nazik və ipək kimi olması, bədən quruluşunun zərifliyi, xüsusilə də narıncı-qızılı rəngi köhlən ata axaltəkəni fərqləndirən həmin özünəməxsus və cinslik xüsusiyyətləri verir. Bu cinslərin tipində fərq ilk növbədə atların saxlanma şəraitindən və onlara qoyulan tələblərdən asılıdır. Qarabağda qaçağan at öz məziyyətini itirsə də, qədim cins cizgilərini saxlayıb. Dağlarda atdan ilk növbədə cəldlik, möhkəmlik, qəfil dayanmaq məharəti, dözümlülük tələb olunub, sürətli qaçış üçün isə yer olmayıb. Ona görə də ilxıda saxlanma atların boyunun hündür olmasına imkan yaratmayıb. Nəticədə köhlən at universal minik atının dəyirmi kompakt formasını alıb, daha qısa boyuna və yan tərəfdən baxanda durnabalığına bənzəyən başa malik olub.

Qarabağ xanları bu cinsi Qarabağın Rusiyaya birləşdirilməsindən sonra da saxlayıblar. 1823-cü ildə ingilislərin Mehdiqulu xandan 60 madyan alması faktı köhlən atın o dövrdəki keyfiyyətindən xəbər verir. 1826-cı ildə İran istilası Qarabağ atçılığına böyük zərər vurub, lakin sonrakı illərdə də Qarabağ cinsi öz xüsusiyyətini qoruyub saxlayıb. 1869-cu ildə Ümumrusiya sərgisində Qarabağ ayğırları ən yüksək mükafatları alıb: Maymun – gümüş medal, Toxmaq – bürünc medal, qızılı-narıncı Əlyetməz isə tərifnaməyə layiq görülüb, dövlət atçılıq zavodlarında döllük üçün ayrılıb. Qarabağ cinsləri Avropada da uğur qazanıb. 1867-ci ildə Parisdə sərgidə nümayiş etdirilən Qarabağın “Xan” qızılı-kəhər atı tamaşaçıları gözəlliyi və bədəninin cizgiləri ilə heyrətləndirib. Ona böyük gümüş medal verilib. “Xan” 3500 frank civarında qiymətləndirilib.

1852-ci ildə Rusiya imperiyasının İranda olan xüsusi komissiyası yazırdı ki, İran süvari qoşunlarının gücü və məşhurluğu Qarabağın qaçağan atları ilə bağlıdır, bu cins bir çox əlamətlərinə görə ərəb atları ilə bir sırada durur. Məşhur rus atçılıq mütəxəssisi K.A.Diterixs fakt və mənbələrə istinadla qeyd edir ki, Qarabağ cinsi rus və Avropa atçılığının inkişafına böyük təsir göstərib.

Əfsanənin qayıdışı

XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ atçılığı boyu hündür olmayan at cinsinin süvari qoşunları üçün yararsızlığı səbəbindən tənəzzülə uğrayıb. Əsası xanlar tərəfindən qoyulan və varislərinə keçən zavod 1905-ci ildə fəaliyyətini dayandırıb. Vətəndaş müharibəsi də öz rolunu oynayıb, cins atların sayı kəskin azalıb. Köhlənlər cins olmayan atlarla qarışaraq, öz cinsinə mənsub xüsusiyyətlərin mühüm hissəsini itirib. Şərqin ən yaxşı cinslərindən olan Qarabağ atı yerli dağ atları sırasında keçib. Lakin bu atlar da şərqli qanını, daha tünd rəngdə yal və quyruğu ilə “köhnəlmiş bürüncü xatırladan” xarakterik rəngini qoruyub saxlayıb.

1949-cu ildə Ağdam rayonunun Göytəpə kəndində cinsin qorunub saxlanması məqsədilə atçılıq zavodu yaradılıb, ora ən tipik madyanlar gətirilib. Qarabağ cinsini yaxşılaşdırmaq üçün başlıca olaraq ərəb və terek ayğırlarından intensiv istifadə edilib. Zavod açılanda orada yeganə Qarabağ ayğırı Sultan idi, digərləri isə təmiz ərəb atları idi. Lakin hətta ərəb-Qarabağ qarışığı da xan köhləninə çata bilməyib. Cavan atları Bakı ippodromunun hamar cıdırında sınaqdan keçirəndə, təbii ki, ərəb qarışığı olan atlar üstün gəlib.

Azərbaycan atçılığının zənginliyi bu gün də qorunub saxlanılır və davam etdirilir. Məsələn, Günay atçılıq zavodunda əvvəlki illərin cins çempionlarını ötən elit ayğır və dişi atlar var. Bu qiymətli qan üstün eksteryer, parlaq şərq cinsi və yüksək iş qabiliyyəti olan yerli çempionlar yetirir.

Emil Eyyubov

Materialın hazırlanmasında Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycanda atçılıq” bukletindən istifadə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

DSMF: fərdi uşot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır