CƏMİYYƏT
“Qarabağın danılmaz tarixi” adlı buklet çap olunub
Bakı, 2 noyabr, Z.Mansurova, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qərb–Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağın danılmaz tarixi” adlı buklet çap olunub.
AZƏRTAC xəbər verir ki, buklet Azərbaycana gələn qonaqlar üçün “Qarabağın danılmaz tarixi” adlı aksiyalarla məlumatlandırma işinin aparılması layihəsi çərçivəsində hazırlanıb.
Bukletin hazırlanmasında əsas məqsəd dünya tarixçilərinin arxiv materiallarına əsaslanaraq “Qarabağın danılmaz tarixi”ni bütün dünyaya çatdırmaq və bununla da bu qədim torpağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha sübut etməkdir.
Azərbaycan, rus və ingilis dillərində çap olunan bukletdə “Qarabağ toponimi”, “Artsax toponimi”, “Ermənilər Alban deyillər” və “Ermənilərin Azərbaycana gəlişi” adlı yazılarda maraqlı məlumatlar yer alıb. Ən maraqlısı isə odur ki, bu məlumatların bir çoxu elə erməni yazıçılarına istinadla verilib.
Bukletdə, həmçinin “Türkmənçay” və “Kürəkçay” müqavilələri haqqında da məlumatlar verilib.