ELM VƏ TƏHSİL


“Qarabağın maddi, mədəni və mənəvi irsi” adlı ikicildlik kitab nəşr ediləcək

Bakı, 17 avqust, AZƏRTAC

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun kollektivi “Şuşa İli” çərçivəsində “Qarabağın maddi, mədəni və mənəvi irsi” adlı ikicildlik kitab üzərində tamamlama işlərini başa çatdırmaq üzrədir.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnstitutun baş direktoru professor Abbas Seyidov bildirib ki, təxminən min səhifəlik ikicildliyin birinci kitabında Qarabağın arxeoloji, tarixi və memarlıq abidələrindən söhbət açılır, bu abidələrdə aparılan arxeoloji qazıntı işləri hərtərəfli təqdim olunur.

Kitabın ikinci cildində Qarabağın etnomədəni inkişaf tarixi, etnik tərkib, əkinçilik, maldarlıq, qoyunçuluq, atçılıq, arıçılıq, ovçuluq, yaşayış məskənləri və evlər, həmçinin geyim və bəzəklər, yemək və içkilər, yollar, sənətkarlıq, nəqliyyat vasitələri haqqında söhbət açılır. Xalqın mənəvi mədəniyyəti - xalq yaradıcılığı, aşıq və muğam sənəti, musiqi mədəniyyəti, təhsil və ədəbiyyatı, oyunlar, əyləncələr, dini etiqadlar, xalq təbabəti, ailə və ailə məişəti və digər məsələlər barəsində geniş fikirlər söylənilir.

Hər iki cild danışılan məsələləri özündə əks etdirən rəngli fotolarla zənginləşdirilib. Kitabların ingilis dilinə tərcümə edilməsi də planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.