CƏMİYYƏT
Qaradağda dəmir yolu xəttinin kənarında iki top mərmisi aşkarlanıb
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində dəmir yolu xəttinin kənarında qazıntı aparılan əraziyə baxış keçiriblər. Baxış zamanı iki ədəd 115 millimetrlik top mərmisi (BM-21) aşkar edilərək götürülüb. Sursatın ətrafında 240 kvadratmetr ərazi yeraltı və 900 kvadratmetr ərazi isə yerüstü yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 1–dən avqustun 14-dək, ümumilikdə, 6766 partlamamış hərbi sursat, tank əleyhinə mina 197 və piyada əleyhinə 31 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 697 min 917 kvadratmetr ərazi yoxlanılıb.