DÜNYA
Qazaxıstan Prezidenti “Sputnik V” peyvəndinin ikinci dozasını vurdurub
Nur-Sultan, 28 aprel, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirus əleyhinə “Sputnik V” peyvəndinin ikinci dozasını vurdurub.
AZƏRTAC xəbər verir ki, ölkə başçısının rəsmi nümayəndəsi Berik Ualinin verdiyi məlumata görə, Qazaxıstan Prezidenti peyvənddən sonra özünü yaxşı hiss edir və hazırda işinin başındadır.
Prezident Qazaxıstanda vaksinasiya templərini azaltmamağı vacib sayır. Onun qənaətinə görə, bu, koronavirusu məğlub etmək, bütün məhdudiyyətləri aradan qaldırmaq və müntəzəm həyata qayıtmaq üçün yeganə imkandır.
Xatırladaq ki, Kasım-Jomart Tokayev “Sputnik V” vaksininin ilk dozasını aprelin 6-da vurdurub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]