SİYASƏT


Qazaxıstan mətbuatı Ermənistan ordusunun humanitar atəşkəsi kobud şəkildə pozmasından yazır

Nur-Sultan, 12 oktyabr, AZƏRTAC

Qazaxıstanın kütləvi informasiya vasitələrində Ermənistan ordusunun Azərbaycan şəhərlərinə raket hücumları barədə məlumatlar dərc edilib.

AZƏRTAC xəbər verir ki, ölkənin “newsroom.kz” “zakon.kz” “ainews.kz”, “qamshy.kz” “adyrna.kz” , “abai.kz”, ”regtv.kz”, “qazaqtimes.kz”, “kursiv.kz”, “mail.kz”, “ea-news.kz” xəbər portallarında yayılan informasiyalarda Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzindəki yaşayış binasını gecə saatlarında raket hücumuna məruz qoyduğu bildirilir.

Qeyd olunur ki, humanitar atəşkəs haqqında razılaşmanın əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılaşmanı kobudcasına pozmaqda davam edir.

Məqalələrdə atəşkəs rejimi qüvvəyə mindikdən dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonlarının artilleriya atəşinə tutulduğu diqqətə çatdırılıb. Bildirilib ki, bir neçə saat sonra Ermənistan silahlı qüvvələri Hadrut və Cəbrayıl istiqamətində hücuma cəhd göstəriblər.

Həmçinin vurğulanıb ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Gəncənin raket atəşinə tutulması ilə əlaqədar cinayət işi başlanıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.