DÜNYA
Qazaxıstanda əmək miqrantları və xarici tələbələr ödənişsiz peyvənd oluna biləcəklər
Nur-Sultan, 30 aprel, AZƏRTAC
Qazaxıstanda əmək miqrantları və xarici tələbələr ödənişsiz peyvənd oluna biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan səhiyyə naziri Aleksey Tsoy açıqlama verib.
Koronavirus infeksiyasına qarşı mübarizə üzrə idarələrarası komissiyanın iclasında, ölkədə üç aydan çox olan xarici tələbələrin və əmək miqrantlarının da ölkə daxilində ödənişsiz peyvənd olunmasına qərar verilib.
Qeyd edək ki, hazırda Qazaxıstan vətəndaşları ilə yanaşı ölkə ərazisində daimi yaşayış icazəsi olan vətəndaşlar üçün vaksinasiya pulsuz həyata keçirilir.
Nazir vaksinasiyanın insanların sosial təcrid rejimindən uzaqlaşmasına imkan verəcək yeganə tədbir olduğunu vurğulayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]