DÜNYA
Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb
Bakı, 27 dekabr, AZƏRTAC
Cümə günü Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus təyyarə Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, hadisə nəticəsində 14 nəfər həlak olub, 35 nəfər isə yaralanıb. 95 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarə Almatıdan Nur-Sultan istiqamətində uçurmuş. №Z2100 reysi ilə uçan təyyarə yerli vaxtla saat 7:22-də (Bakı vaxtı ilə saat 5:22) beton maneəyə çırpılıb, daha sonra ikimərtəbəli tikili ilə toqquşub. Araşdırmalar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]