DÜNYA
Qazaxıstanda yenidən fövqəladə vəziyyət rejimi tətbiq oluna bilər
Nur-Sultan, 14 oktyabr, AZƏRTAC
Qazaxıstan hökuməti ölkədə yenidən fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinə qədər sərt karantin tədbirlərinin tətbiqinə hazırdır.
Ölkədə koronavirus infeksiyasına qarşı təhlükəsizlik tədbirlərinə əməl edilməsə fövqəladə vəziyyət rejimi yenidən tətbiq oluna bilər.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın səhiyyə naziri Aleksey Tsoy deyib. O, bildirib ki, sanitar–epidemioloji qaydalara əməl olunmaması və COVID-19 infeksiyasına yoluxmaların artımı növbəti lokdauna gətirib çıxaracaq.
Nazirin sözlərinə görə, hər şey epidemioloji vəziyyətdən asılı olacaq.
Qeyd edək ki, Qazaxıstan yerli koronavirus peyvəndinin klinik sınaqlarını davam etdirir və üçüncü mərhələni 2021-ci ildə başa çatdırmağı planlaşdırır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]