DÜNYA
Qazaxıstanın Almatı vilayətində ticarət obyektləri yenidən bağlanır
Nur-Sultan, 7 iyun, AZƏRTAC
Qazaxıstanın Almatı vilayətində ticarət obyektləri yenidən bağlanır. Vilayətdə kütləvi tədbirlərin keçirilməsinə ciddi qadağa qoyulacaq, ictimai nəqliyyat isə yalnız səhər və axşam fəaliyyət göstərəcək.
AZƏRATAC xəbər verir ki, regionun baş sanitar həkimi Kayrat Baymuxambetov bu barədə məlumat verib. Bildirib ki, regionda koronavirus hallarının artması müşahidə edildiyinə görə, bu məcburi tədbirdir.
Almatı vilayətində COVID-19-a yoluxmuş şəxslərin ümumi sayı 400 nəfərdən çoxdur.
Son həftə ərzində xəstələnmənin ümumi sayı 4,5 faizə qədər artıb.
Qeyd edək ki, son məlumata görə, Qazaxıstanda koronavirusa yoluxanların sayı 12511, sağalanlar 7135, ölənlərin sayı isə 53 nəfərə çatıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]