ELM VƏ TƏHSİL
Qazaxıstanlı müəllim Turizm və Menecment Universitetində mühazirə oxuyub
Bakı, 31 mart, AZƏRTAC
Almatı İqtisad və Statistika Akademiyasının (AİSA) iqtisadiyyat və menecment kafedrasının baş müəllimi Nailə Şiqanbayeva Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tələbələrə korporativ idarəetmə və menecmentin nəzəriyyəsi fənlərinə dair mühazirə oxuyub.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəblə AİSA arasındakı ikitərəfli əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən təşkil olunan birhəftəlik mühazirə saatlarında Qazaxıstanın turizm sektorunda korporativ idarəetmənin rolu və son illər ölkələrimizin turizm sahəsində potensial imkanlarından faydalanmanın səmərəsi barədə məlumat verilib.
Həmçinin universitetlərarası əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə keçirilən “dəyirmi masa”da prioritet inkişaf istiqamətləri müzakirə edilib.