CƏMİYYƏT


Qazi Murad Həsənov da yüksək texnologiyalı protezlə təmin edilir

Bakı, 20 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsinin qazisi Həsənov Murad Teyyub oğlunun da yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, Murad Həsənov nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Burada onun müayinəsi aparılıb, müvafiq ölçülər götürülərək təlimatlar verilib. Protezləşməyə hazırlıq mərhələsi bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

Qaziyə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və bununla bağlı olaraq aylıq sosial ödənişlərin təyinatı da həyata keçirilib. O, həmçinin bu kateqoriyadan olan əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan da yararlana biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.