REGİONLAR
Qəbələdə mini futbol üzrə yarışın qalibləri müəyyənləşib


Qəbələ, 25 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 25-də Qəbələ şəhərində “Könüllülər kuboku” uğrunda mini futbol üzrə yarışa yekun vurulub. Gənclər və İdman Nazirliyinin və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin dəstəyi ilə keçirilən yarışda 6 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, idman yarışları vasitəsilə onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, asudə vaxtlarının mənalı və səmərəli keçməsinə şərait yaratmaq, həmçinin futbol idman növünün kütləviliyinə nail olmaqdır.
Qəbələ şəhər 5 saylı tam orta məktəbin idman meydançasında keçirilən yarış həmin məktəbin komandasının qələbəsi ilə başa çatıb. Sonrakı yerləri şəhər 4 saylı və Mirzəbəyli kənd tam orta məktəblərin komandaları tutublar.
Yarışın qaliblərinə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.