ELM VƏ TƏHSİL
Qəbul imtahanları respublikanın 11 şəhər və rayonunda təşkil edilib
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan respublikanın 11 şəhər və rayonunda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur. İmtahan saat 10:00-da başlanıb.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 83 imtahan binası, 1431 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 83 ümumi imtahan rəhbəri, 238 imtahan rəhbəri, 1859 nəzarətçi–müəllim, 168 buraxılış rejimi əməkdaşı, 83 bina nümayəndəsi cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:15]
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
- 26.04.2024 [15:09]
Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib
- 26.04.2024 [14:55]
Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub
- 26.04.2024 [14:43]
MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər
- 26.04.2024 [12:57]
BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər
- 26.04.2024 [12:53]