SİYASƏT
Qələbə günü münasibətilə Madridin Fuenkarral Xiyabanında tədbir keçirilib
Madrid, 9 may, AZƏRTAC
Mayın 9-da Rusiya Federasiyasının İspaniyadakı səfirliyinin təşəbbüsü ilə Madridin Fuenkarral Xiyabanında Qələbə gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin İspaniya Krallığındakı səfirliyi də təmsil olunub.
Tədbirdə çıxış edən Rusiya səfiri faşizm üzərində qazanılmış qələbənin keçmiş sovet xalqının tarixi qələbəsi olduğunu bildirib.
Daha sonra tədbir iştirakçıları Avropanın faşizmdən azad edilməsi uğrunda həyatlarını itirmiş insanların xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyublar.
Nigar Cəfərli
AZƏRTACın xüsusi müxbiri
Madrid