İQTİSADİYYAT
Qələbə meydanında baş verən qəzada yol təsərrüfatına dəymiş ziyan hesablanıb
Bakı, 29 mart, AZƏRTAC
Qələbə meydanı müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu avtomobil tunelində idarəetmədən çıxaraq yolayrıcına çırpılıb. Nəticədə yolayrıcında quraşdırılmış yol nişanı, elektron tablo və divar üzlükləri sıradan çıxıb. Hazırda qəzanın fəsadları əraziyə cəlb olunmuş agentliyin əməkdaşları tərəfindən aradan qaldırılır.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq aidiyyəti üzrə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]