İQTİSADİYYAT


Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri Bakı və Sumqayıtdakı yarmarkalara baxış keçirib

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında apardığı monitorinqlər çərçivəsində iyulun 14-də Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalara baxış keçirilib, satışa çıxarılan məhsulların mənşə sənədləri yoxlanılıb, eyni zamanda, laborator müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülüb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, agentliyin mütəxəssisləri yarmarkalarda keçirilən monitorinqlərin ilkin nəticələrini – məhsulların qablaşdırma, daşınma və satış şəraiti ilə bağlı aşkarlanan nöqsanları diqqətə çatdırıb. Monitorinqlər zamanı aparılan maarifləndirmə işləri çərçivəsində, satışla məşğul olan vətəndaşlara qida təhlükəsizliyi qaydaları ilə bağlı, istehlakçılara isə məhsul seçərkən qida təhlükəsizliyi sahəsində diqqət edilməli xüsuslar haqqında məlumatlar verilib.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi ötən həftədən etibarən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında monitorinqlərə başlayıb və monitorinqlərin nəticələri ilə bağlı ictimaiyyətə mütəmadi şəkildə məlumatlar çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.