DÜNYA


Qırğızıstan Prezidentinin səlahiyyətlərini icra edən Sadır Japarov səlahiyyətlərinə xitam verib

Bişkek, 14 noyabr, AZƏRTAC

Qırğızıstan Prezidentinin səlahiyyətlərini icra edən Sadır Japarov səlahiyyətlərinə xitam verib.

AZƏRTAC Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, o, ölkənin Baş naziri kimi də fəaliyyətini dayandırıb.

Sadır Japarovun bu addımı gələn il yanvarın 10-da Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək istəyi ilə bağlıdır. O artıq sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Qanunvericiliyə görə Prezidentin səlahiyyətləri Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Talqat Mamıtova, Baş nazir səlahiyyətləri isə Baş nazirin birinci müavini Artyom Novikova keçib.

Xatırladırıq ki, Qırğızıstan Prezidenti seçkilərində iştirak etmək üçün 50 nəfər sənəd verib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.