İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100152S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 50 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 3 investor tərəfindən 7 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 64,236,300.00 manat təşkil edib.
Sifarişlər 98.8475 manat (14.9906 faiz) və 98.9228 manat (14.0005 faiz) qiymət intervalında təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98.8483 manat (14.9801 faiz), orta ölçülmüş qiyməti 98.8687 manat (14.7117 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Notlar noyabrın 30-da ödəniləcək.