İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101690S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 99.5167 AZN (6.24 faiz) və 99.5543 AZN (5.76 faiz) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 842 milyon 427 min 200 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti isə 99.5543 AZN (5.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar mayın 12-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]